Reklam
Əsirlərimizə işgəncə verən erməni hərbçi ilə bağlı qərar verildi
23-04-2021 12:31

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Dalidag.az xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.
Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda bir qrup erməni hərbçi Azərbaycan Ordusuna əsir düşüb. Onların arasında Lüdviq Mkrtçyan da olub.
İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib.
Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb, onun törətdiyi əməlləri açıqlayıb.
Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 23-04-2021 12:31
Baxış sayı: 3379Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























