Reklam
"Bizə bir xəbər ver, Ələsgər baba, xəbər ver, kimsəsiz dağlar necədir?" - Namiq Dəlidağlı
18-04-2021 14:00

Tanrı Azərbaycan adlı məmləkəti minbir möcüzə, könül ovsunlayan, göz oxşayan gözəlliklər, var içində yaratdı. Heç nəyi əsirgəmədi yaradan, atəşini günəşdən alan Vətənimizdən. Elə bu cür yaranması da başına bəla oldu. Əsrlərlə üzərindən yağı həmlələri əskik olmadı, gözəlliyi qısqandırdı, gözügötürmədi yadellilərin. Qonşusu bədnam oldu, dost görünüb düşməncə davrandı, torpaqlarına sahiblənmək istədi. Bu düşmən hər dəfə bağışlandıqca, daha da quduzlaşdı. Faciələr, soyqırımlar, qırğınlar törətdi...
Yağı düşmən vandallığının qurbanına çevrilən Kəlbəcər adlı müqəddəs yurdun taleyindən də faciələr əskik olmadı. Bu gün rayonun işğalı zamanı ermənilər tərəfindən əhaliyə qarşı törədilən Başlıbel qırğınından 28 il ötür. Unudulmayacaq, ağrısı -göynəyi keçməyəcək, sağalmayacaq daha bir yaramız. Kəndi tərk etməyə fürsət tapmayan 73 nəfərdən 9 nəfərin yolda qətlə yetirildiyi, 5 nəfərin girov götürüldüyü, 62 nəfərin isə dağlara çəkilərək kahalara sığınmaqla qorunmağa çalışdığı o günlərin dəhşətini təsəvvür etmək belə çox ağrılıdı. 18 gündən sonra təkrar düşmənin hücumuna məruz qalır, 18 nəfər şəhid edilir, 14 nəfər girov götürülür. Çarəsiz qalan 30 nəfər Başlıbel sakini kahalara sığınaraq mühasirə həyatını davam etdirir. Gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə 113 gün sonra mühasirədən çıxmağa müvəffəq olurlar. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirir.
Dalidag.az Kəlbəcərli şair Namiq Dəlidağlının Ələsgər babaya xitabən yazdığı, bu günlə səsləşən bir şeirini təqdim edir:
Sevinc QƏRİB
DAĞLAR NECƏDİR?!
(Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim qonşu Başlıbel kəndindən bir neçə ailə çıxmağa macal tapmamış, dağlara, daşlara çəkilməyə məcbur olmuşdur. Onlardan 28 nəfəri üç aydan artıq kənddən aralıdakı təbii kahada yaşadıqdan sonra gəlib çıxmış, yaşı 90-ı ötmüş Ələsgər baba isə orada qalmışdır).
Bizə bir xəbər ver, Ələsgər baba,
xəbər ver, kimsəsiz dağlar necədir?
yolunu ot basmış “Tala bulağı”,
bir ildir qəlbimdə çağlar, necədir?
Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış”-yatmayan məzar,
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?
Qayanın köksünə sığınmış o kənd,
talanmış, tapdanmış, yıxılmış o kənd.
yağı əlləriylə dağılmış o kənd,
sökülmüş binalar, tağlar necədir?
Evi tikəninə qismət olmayan,
zülüm çəkəninə qismət olmayan,
barı əkəninə qismət olmayan,
bağçalar necədir, bağlar necədir?
Bizə bir xəbər ver, ixtiyar qoca,
xəbər ver, kimsəsiz dağlar necədir?!.
Namiq Dəlidağlı
1994
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 18-04-2021 14:00
Baxış sayı: 3853Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















