Reklam
Ruhu Murovu aşıb, yurd yerində pərvaz edən İsgəndər Bozqurd, doğum günün mübarək!
10-04-2021 17:42
Bu gün milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant İsgəndər Həmidovun doğum günüdür. Yaşasaydı 73 yaşını qeyd edəcəkdi. Çətinliklərə baxmayaraq əqidəsindən, amalından dönməyən, ölənə qədər Vətən, azadlıq deyən istiqlal aşiqi İ.Həmidovun siyasi fəaliyyəti, keçdiyi yol çoxlarında qısqanclıq yaratdı. Düzlüyü, mərdliyi, dönməzliyi ona çoxlu düşmən qazandırsa da, düşünürəm ki, O sevənlərinin, əqidədaşlarının unutmayacağı şəxsiyyət olaraq tarixdə yaşayacaq.İsgəndər Məcid oğlu Həmidov 1948-ci il aprel ayının 10-da Kəlbəcər rayonunda anadan olub. İqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. 1980-ci illərin sonlarında milli azadlıq hərəkatına qoşulmuş və AXC-nin sədr müavini olmuş İsgəndər Həmidov Qarabağ müharibəsi zamanı könüllü batalyonları yaradanlardan biri idi. 1990-cı ildən 1995-ci ilə qədər parlamentin, 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, kürəyindən qəlpə yarası alıb. Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır. Fəaliyyəti dövründə Zərdüşt və Araz Əlizadə qardaşları Həmidovun milliyətcə kürd olduğunu iddia etmiş, ancaq partiya lideri bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir.
O, "Bozqurd" hərəkatına rəhbərlik edib və daha sonra bu hərəkat Azərbaycan Milli Demokrat (Bozqurd) partiyasına çevrilib. 1993-cü ildən nəşr olunan "Bozqurd" qəzetinin təsisçisi olub.
İstiqlalçı lider İsgəndər Həmidov uzun sürən xəstəlikdən sonra ötən il fevral ayının 26-da haqqın dərgahına qovuşdu. Təssüf ki, Böyük Bozqurda uğrunda can verməyə hazır olduğu, mücadilələr apardığı müqəddəs yurdu Kəlbəcərə qovuşmaq nəsib olmadı.
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 10-04-2021 17:42
Baxış sayı: 2514Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























