Reklam

Ruhun şad olsun, igid leytenant, Kəlbəcərin azaddı! - Mahir Quliyevin anım gününə
10-04-2021 15:52

Kəlbəcər sazın-sözün oylağıdır, bu danılmaz faktdır. Ancaq təkcə sözlə, sazla tarix yazmadı kəlbəcərlilər...
30 il torpaq uğrunda aparılan mübarizə, azadlıq, müstəqillik naminə edilən mücadilələr göstərdi ki, hər yurdda minlərlə igidliyi boyuna biçilmiş oğullar düşmənə sipər olmağa qadirdi. İstər birinci, istərsə də ikinci Qarabağ savaşında yüzlərlə şəhid vermiş Kəlbəcərin qəhrəmanlıq dastanı yazan oğulları Vətən üçün canlarından keçməyi yaşamaqdan üstün bildilər. Üst-üstə faciələr, soyqırımlar yaşamış bir yurdun oğulları başqa cür ola da bilməzdi. Bu gün 28 ilə yaxın işğal ömrü yaşayan Kəlbəcərin azadlığına qovuşması da məhz o igid oğulların şücaəti, qanı-canı bahasına mümkün oldu. Birinci Qarabağ savaşında son damla qanına qədər düşmənə zərbələr vuran, mənfurların torpaqlarımıza ayaq basmasına aman verməyən yüzlərlə kəlbəcərli şəhidin ruhları şaddır yəqin ki. Uğrunda can verdikləri yurdda indi qəhrəman qardaşlarının nəfəsi duyulur, addımları eşidilir. Əminəm ki, elə şəhid, baş leytenant Mahir Quliyevin də ruhu şaddır. O Mahirin ki, Kəlbəcərin və bir neçə digər rayonun qorunmasında şücaəti ilə ad çıxarmışdı.

Vətən üçün döyüşə atılan Mahir elə döyüşdə də həlak oldu. O, 1993-cü il aprel ayının 8-də Murovdağın ətəyində şəhid oldu.
İndi doğulduğu kəndin - Quzeyçirkinin orta məktəbi onun adını daşıyır. Ruhun şad olsun, igid leytenant, yurdun- uğruna can verdiyin Kəlbəcərin azaddı.
Sevinc QƏRİB
Dalidag.az




Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
