Kəlbəcər gəncləri prezidentə müraciət etdi: "Eldar Həsənovun səhhətindəki ağırlaşmaya..."

12-03-2021 19:19

Kəlbəcər rayonundan olan gənclər prezident İlham Əliyevə dövlət xadimi Eldar Həsənovla bağlı müraciət qəbul ediblər.
Dalidag.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada sabiq səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovun səhhətindəki ağırlaşmaya baxmayaraq həbsdə saxlanması Kəlbəcər gənclərində dərin narahatlıq doğurur.
Daim ölkəmizin milli maraqlarına xidmət etmiş və dövlətimizi Balkan ölkələrində ləyaqətlə təmsil etmiş sabiq səfirimizin əsassız ittihamlarla azadlığının məhdudlaşdırılması hüququn aliliyinə inanan Kəlbəcər gənclərinin vicdanını dərindən yaralayır.
Təəssüf hissi ilə bildiririk ki, Eldar Həsənovun həm diplomat, həm də alim kimi uğurlu fəaliyyəti ölkəmizdə bəzi vəzifəli şəxslərin qısqanclığı ucbatından onun haqqında böhtan xarakterli iddiaların yayılmasına səbəb olmuşdu. Sifarişlə yazılan xəbərlərdə gah Eldar Həsənovun baş nazir, vitse-prezident olmaq istədiyi, gah da müxalifəti maliyyələşdirdiyi iddia edilirdi. Əminliklə bildiririk ki, bu iddiaların heç bir əsası yoxdur. Eldar Həsənov dövlətçiliyə və Azərbaycan Prezidentinə hər zaman sadiq olub. Sabiq səfirin məhsuldar fəaliyyəti nəticəsində Azərbaycanla Balkan ölkələri arasında möhkəm dostluq, strateji müttəfiqlik əlaqələri yaranıb. Eldar müəllim daim Kəlbəcər gənclərini Azərbaycan Prezidentinin ətrafında sıx birləşməyə və nümunəvi vətəndaş olmağa çağırıb.
Sizdən Azərbaycanın görkəmli dövlət xadimi, Kəlbəcərin ziyalısı, professor Eldar Həsənovun tam təşəkküllü xəstəxanada müalicəsinə köməklik etməyinizi xahiş edirik. Sizin humanist dəyərlərin daşıyıcısı kimi Kəlbəcər gənclərinin müraciətini cavabsız qoymayacağınıza inanırıq”.

İmzalanma kanpaniyasında iştirak etmək üçün bu linkə daxil olun : 
Eldar Həsənov üçün Kəlbəcər Gənclərindən Azərbaycan Prezidentinə Müraciət 

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 12-03-2021 19:19
Baxış sayı: 4527
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını