Reklam
Şəhid hərbçimiz dəfn olundu
09-03-2021 13:54

Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 20 yaşlı Cəfərov Babək Maxsus oğlunun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb.
Dalidag.az-ın məlumatına görə, şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.
Dəfin mərasimində Samux rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan B.Cəfərov 5 ay komada qalıb. İki övlad atası olan B.Cəfərov ötən gün vəfat edib.
Xatırladaq ki, B.Cəfərov Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 09-03-2021 13:54
Baxış sayı: 3276Yazı axını
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
Ən çox oxunanlar




























