Reklam
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
29-01-2021 14:25
Dalidag.az bildirir ki, erməni bloqer Vardan Qukasyanın verdiyi məlumata görə, tutulan ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətə çağırdığı şəxslər olublar. Ermənistanın Müdafiə Nazirliyi və habelə, erməni bloqerlər, Telegram-dakı erməni kanallar bu məlumatı "feyk” adlandırsalar da, Gorusda yaşayan ermənilər 15 erməni hərbçinin saxlandığını təsdiqləyiblər.
İrəvan-Gorus-Xankəndi marşrutunun Laçın rayonundan keçən hissəsi, yəni "Laçın dəhlizi” 6 kilometr uzunluğundadır.
Noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, eni 5 km olan Laçın dəhlizi Ermənistanla qarabağlı ermənilər arasında nəqliyyat-kommunikasiya vasitəsi rolunu oynamalıdır.
"Laçın dəhlizi” Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir.
Şuşanın yanından keçən İrəvan-Xankəndi marşrutu müvəqqətidir. Yaxın 3 il ərzində yeni marşrut çəkilməli və Laçın şəhəri dəhliz üçün ayrılmış 5 kilometrlik zolaqda qalmaq "məcburiyyət”indən qurtulmalıdır.
Eyni zamanda, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində Ermənistan Müdafiə Nazirliyinin istisnasız olaraq, bütün hərbçiləri son nəfərədək çıxarılmalıdır.
Bu, üçtərəfli anlaşmanın 4-cü bəndində nəzərdə tutulub. Lakin Ermənistan anlaşmanın həmin bəndinə əməl etmir. Qarabağda hələ də minlərlə erməni hərbçi var və onlar dislokasiya yerlərini dəyişməyiblər.
Ermənstanın Müdafiə Nazirliyi hələ də Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə hərbçilər yollayır, onları rotasiya edir. 15 erməni hərbçisinin də mülki paltarda tutulması buna dəlalət edir./milli.az
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 29-01-2021 14:25
Baxış sayı: 4891Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























