Reklam
Kəlbəcərli əsgər anası Prezidentdən kömək istəyir -Video
05-01-2021 19:05
44 günlük Vətən müharibəsində canı-qanı bahasına torpaqlarımızı işğaldan azad edən, 30 illik əzabımıza son qoyan, bizə Qələbə sevinci yaşadan şəhid və qazilərimizin ailələrinə, yaralı əsgərlərimizə kömək etmək, onlara maddi-mənəvi dəstək olmaq hər birimizin müqəddəs borcudur. Ayrı-ayrı qurum, şirkət, müəssisə, eləcə də, fərdlər tərəfindən şərəf və ucalıq ünvanımız olan şəhid, qazi ailələrinə və yaralı əsgərlərə yardım olunsa da, bəzi vətəndaşlar onlara etinasız yanaşır, laqeyd münasibət göstərir. Qayğı və problemləri ilə maraqlanmır, ehtiyaclarından xəbər tutmurlar.
Dalidag.az xəbər verir ki, diqqətdən kənarda qalan belə bir ailə hal-hazırda Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmış kəlbəcərli ailədi. Kəlbəcər rayonunun Seyidlər kənd sakini Səyyarə Məhəmməd qızı Əsədova neçə illərdi 2 övladı ilə bərabər uçuq-sökük, şəraitsiz bir evdə yaşayır. Durumu çox acınacaqlı vəziyyətdə olan ailənin qızı tələbə, oğlu hərbçidi. II Qarabağ müharibəsində iki dəfə yaralanmasına baxmayaraq, xidmətinə davam edir. S.Əsədovanın dediyinə görə, dəfələrlə müraciət etsə də, çağırışına hay verən olmayıb. Sabiq icra başçısının vəziyyətə baxış üçün göndərəcəyi nümayəndə heyəti də gəlib çıxmayıb. Çıxılmaz vəziyyətdə qalan əsgər anası Prezidentdən kömək istəyir.
Qeyd edək ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 05-01-2021 19:05
Baxış sayı: 3563Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















