Ermənistandan Qarabağdakı itkilərini AÇIQLADI
03-01-2021 11:52

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.
Dalidag.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan sosial şəbəkədəki hesabında bildirib.
Səhiyyə Nazirliyinin rəsmisi müharibədə 3 300-dən çox hərbi qulluqçunun həlak olduğunu açıqlayıb. Nazirlik rəsmisi qeyd edib ki, bunlar meyitləri məhkəmə-tibbi ekspertizasından keçənlərdir.
"Məhkəmə-tibbi ekspertizasından həlak olmuş 3 300 hərbi qulluqçunun meyiti keçirilib", - Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan feysbuk səhifəsində qeyd edib.
Bütün bunlar Ermənistanın Qarabağ müharibəsindəki itkilərinin sayının durmadan artdığını göstərir. Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.
Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. Mətbuat katibi Alina Nikoqosyan bildirib ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib.
Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər. report
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 03-01-2021 11:52
Baxış sayı: 3343Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















