Reklam
Ermənilər Kəlbəcərdə toy ediblər? - İDDİA
27-12-2020 22:37
Erməni cütlüyün Kəlbəcər rayonunda yerləşən Xudavəng kilsəsində ( red: ermənilər Dadivank deyir) nikaha girdikləri ilə bağlı sosial mediada iddialı paylaşım edilib.Dalidag.az xəbər verir ki, bu barədə Ermənistana məxsus "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, guya Ağdərədən İrina Qabrielyan və Xankəndindən olan Aram Berdyan bu gün Xudavəngdə evləniblər. Onlar hətta "monastır"ı "qoruduqlarına" və baş verənlərdən sonra bu müqəddəs məkanda evlənmək şanslarına sahib olduqlarına görə sülhməramlılara təşəkkür ediblər.
Reallığa gəlincə, paylaşılan fotonun yeni olması şübhə doğurur. Çünki şəkildə bəylə gəlinin geyimi Kəlbəcərin hazırkı iqliminə uyğun deyil və daha çox payızda çəkilmiş foto təsiri bağışlayır.
Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.publika.az
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 27-12-2020 22:37
Baxış sayı: 4444Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























