Reklam

Türkiyəli jurnalist:"Ermənilərin Gəncədə törətdikləri alçaqlıqdan da betər bir hərəkətdi" -ŞƏKİLLƏR
28-10-2020 11:12



- Ekrem bey, Türkiyə bu haqlı davamızda yanımızda oldu, bizə mənəvi dəstəyini əsirgəmədi. Bu mənada mətbuatın xidməti danılmazdı. Cəbhə bölgəsində gedən döyüşlər və ermeni terroru haqqında məlumatlara kifayət qədər mətbuat səhifələrində yer verildi. Bu gün Türkiyə mətbuatı Azərbaycan gerçəkliyini həm də dünyaya çatdırmaqda əlindən gələni edir. Erməni terrorçularının Gəncədə törətdiklərini gözlərinizlə gördünüz. Bu barədə fikirlərinizi bilmək istərdim.
-Bu cür hücumları, dağıntıları televiziyadan izləmək, qəzetdən oxumaq, bu barədə radiodan eşitmək bir başqa, yaşanan vəhşəti yerində görmək isə tamam fərqli bir mənzərədir. Bunları görəndə tüklərim biz-biz oldu. Bir vaxtlar burada yüzlərlə insan xoşbəxt yaşayırdı. Bir düymə basılmaqla neçə-neçə insan həyatını itirir, yaralanır, həyatları alt-üst olur. Bunların arasında körpələr, məktəbə gedən uşaqlar da vardı. Birdən hər şey darmadağın olur. Müharibə qanunlarına görə dinc əhaliyə, uşaqlara, qadınlara toxunulmamalıdı. Ermənistanın bu hərəkəti alçaqlıq, alçaqlıqdan da ötə bir addımdır. Demək olar ki, Türkiyə Azərbaycanın haqlı davasında həmişə onun yanındadır. Deyildiyi kimi biz bir millət, iki dövlətik. Bir sözlə, Türkiyə hər sahədə azərbaycanlı qardaşlarına kömək etməyə hazırdı. Siz də dediyiniz kimi Türkiyə mediyası Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında fəallıq göstərir. İnanıram ki, Azərbaycan Dağlıq Qarabağda öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək.
Ermənilər işğal etdiyi ərazidə neçə illər ərzində heç bir iş görməyiblər, sadəcə bu ərazini əllərində saxlamağa çalışıblar. Demək, bir gün bu yerlərin əsl sahibinə qaytarılacağını bilirlərmiş. O gün inşallah gəlmişdir. Azərbaycanın tezliklə qələbə çalacağına inanıram.
Qeyd edək ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 310 nəfər yaralanıb.
Namiq Dəlidağlı
Dalidag.az


Şəkillər Kənan Məmmədlinindi



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
