Reklam
Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa göndərildi
25-08-2020 18:24

Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq idarəsindən Baş Prokurorluğuna göndərilib.
Dalidag.az xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.
"Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib. Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Bir daha bildirmək istəyirəm ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb”, - vəkil bildirib.
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 25-08-2020 18:24
Baxış sayı: 3583Yazı axını
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
Ən çox oxunanlar





























