"Eldar Həsənova qarşı irəli sürülən ittiham, hər bir kəlbəcərliyə elan olunub"

22-08-2020 19:00

Həyatı, bütü fəaliyyəti dövlətə, dövlətçiliyimizə bağlı olan, ona xidmət edən, dəyərli ziyalımız, keçmiş baş prokuror, peşakar diplomat, ölkəmizin Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri, II dərəcəli dövlət ədliyyə müşaviri, general-leytenant, hüquq elmləri doktoru, professor Eldar Həsənovun ətrafında baş verənlərdən çox üzüldüm.

Ulu öndər Heydər Əliyevlə bir komandada çalışan, ləyaqətlə dövlətçiliyimizə xidmət edən, böyük bir şəxsiyyətin belə cılız ittihamlarla həbs edilməsi gülünc və mənasızdır. Birmənalı şəkildə baş verənlər tək Eldar Həsənovun özünə qarşı deyil, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dayaqlarını laxlatmağa  hesablanan addımdır.
Azərbaycan dövlətinin maraqlarını gözləri götürməyən xarici və daxili düşmənlərin işidir. Avropada Heydər Əliyevin abidəsini ucaltdıran Eldar Həsənovun İlham Əliyev komandasına xəyanəti mümkünsüzdür.
Son günlər baş verən ictimai-siyasi proseslərə diqqət yetirdikdə mənzərə aydın görünür. Əslində yeniləşmə siyasətini qarşısına məqsəd qoyan Azərbaycan Prezidentinin kadr islahatları bir çoxlarını narahat edir və etməkdədir. Bu islahatlara hazır olmayan oliqarx məmurlar istənilən fonda ölkə başçısının kadr islahatlarına əngəllər törədir. Bu və ya digər mənada cənab Prezidentə "yarınmağa" çalışırlar. Eldar Həsənovun həbsi də bəzilərinin prezident qarşısında inam və etibarımını itirmiş məmurların özlərinə xal qazanmağa hesablanmış addımlarından biri sayılır. 
Baş verənlərdən ölkə rəhbərliyinə doğru və düzgün olmayan informasiya çatdırmaqla öz çirkin əməllərini həyata keçirmək istəyənlərin qarşısını kəsəcək bir yol var ki prezidentə düzgün informasiyanın çatdırmaq. Bunun üçün də Azərbaycanımızın, Kəlbəcərimizin dəyərli ziyalıları Eldar Həsənovun həyatına, fəaliyyətinə yaxından bələd olan elm adamları, yazıçılar, şairlər müraciət ünvanlamalı, əsl həqiqətləri cənab prezidentin diqqətinə çatdırmalıdır. Bu işdə əsas yük və məsuliyyət isə kəlbəcərlilərin üzərinə düşür.
Köçkünlük illərində, çətin ağər günlərdə Kəlbəcər camaatına arxa, dayaq olan, Heydər Əliyev kursunu dəstəkləməyi kəlbəcərlilərə tam səmimiyyəti ilə təbliğ edən, Eldar Həsənovun bu günki arxa dayağı da Kəlbəcərimizin, Azərbaycanımızın dəyərli ziyalıları olmalıdı.
Bu həbsin isə tam ədalətsiz və qərəzli olmasını bilə-bilə susmaq ədalətsizlik və yanlışlıqdır. İnanıram yaxın günlərdə  İlham Əliyev cənablarının diqqəti və tapşırığı ilə Eldar Həsənova qarşı elan olunan ittihamın ədalətsiz qərar olduğu nəzərə alınaraq ittihamlar üzərindən götürülərək,  azad ediləcəkdir.
Elimizin mərd, qeyrətli oğulu, dəyərli ziyalısı, ləyaqətli bir nəslin nümayəndəsi Eldar Həsənovun həbs olmağını qəbul edən Kəlbəcərin bəzi şair və şeir adamları necə yuxu getdi gözünüzə? Böyük şəxsiyyətlər yetişdirən, Kəlbəcər elinin mərd oğluna elan olunan ittiham, hər bir kəlbəcərliyə elan olunub. Sanıram saflıq, mərdlik, ərlik, ərənlik nümunəsi olan, böyük şəxsiyyət heç zaman namərdlikdə suçlana bilməz.
Eldar Hümbət oğlu Həsənov bir Kəlbəcər elinin deyil, bütöv Azərbaycanımızın Türk dünyasının şəxsiyyətli oğludur. Bu məkirli planın arxasında yalnız və yalnız Azərbaycanımızın, Türk dünyasının milli maraqlarını gözü götürməyən, xarici düşmənlərimiz dayana bilər. Eldar Həsənovun həyatı, fəaliyyəti dövlətçiliyimizə xidmətləri göz önündədir. İnanıram ən qısa zamanda Eldar Həsənovun fəaliyyətində Azərbaycan dövlətinin, dövlətçiliyimizin maraqlarına zidd olan hər hansı qanunsuz fəaliyyətin olmadığının şahidi olacağıq.
Eldar Həsənov Azərbaycan dövlətinin maraqlarını ən üst səviyyədə beynəlxalq arenada qoruyan, Azərbaycanımızın milli maraqlarını peşəkar diplomat olaraq, layiqincə təmsil edən, müdafiə edən, təbliği ilə məşğul olan dövlət adamıdır. Belə bir şəxsiyyətin ziyalının həbs edilməsi kökündən yanlışdır. Bu gün Eldar Həsənovun ətrafındakı səssizliyin ilk və tək səbəbi suçsuz olmasıdır.
Sonda sözümü dahilərin iki kəlamı ilə bitirmək istəyirəm. “Əgər bir şeyin arxasınca çox adam gedirsə, bu nəyinsə doğru olmadığının göstəricisidir. Həqiqət tünlükdə deyil, aydınlıqdadır”.


Rövşən Hüseynov,
şair-publisist

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 22-08-2020 19:00
Baxış sayı: 26 505
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını