Reklam
"Qarabağa Qayıdış" İctimai Birliyi bəyanat yaydı - "Sülh danışıqları tamamilə dayandırılsın"
14-07-2020 19:22
Son iki gündə erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribat törədərək atəşkəsi pozması bir nəfəri General olmaqla hərbi qulluqçularımızın Şəhid olması ilə bərabər mülki vətəndaşlarımızın da itkisinə səbəb olmuşdur. Bu məsələ ictimai qaydada diqqət mərkəzində olmaqda davam edir. Bununla bağlı ictimai birliklər və təşkilatlar müvafiq bəyanatlar verməklə dövlətimizə dəstək nümayiş etdirirlər. "Qarabağa Qayıdış" İctimai Birliyi də bununla bağlı Bəyanat yayıb. Həmin bəyanatın mətnini təqdim edirik;
B Ə Y A N A T
Son iki gündə Azərbaycanın tarixi torpaqları hesabına özlərinə dövlət qurmuş Ermənistan dövlətinin silahlı qüvvələri Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində təxribata əl ataraq atəşkəsi iriçaplı silahlardan istifadə etməklə pozmuşdur. Atəşkəsin pozulması nəticəsində silahlı qüvvələrimizin 10-dan çox hərbi qulluqçusu, o cümlədən 1 nəfər General, 1 nəfər Polkovnik-leytinant, 2 nəfər Mayor, 1 Gizir, qalanı sıravi və 1nəfər mülki yaşlı vətəndaşımız Şəhid olmuş, bir neçə nəfər isə ağır yaralanmışdır. İctimai Birliyimiz adından Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Artıq ermənilərin 20% torpağımızı işğal etməsinə 30 il dözümlü münasibət göstərməyimiz, Beynəlxalq Təşkilatların yalançı sülh danışıqları ilə xalqımızı oyalaması erməniləri şirnikləndirmiş və əlavə olaraq həyasızcasına belə təxribatlara əl atmağa sövq etmişdir. Bunun əsas səbəbi isə hazırkı dövrdə dövlətimizin sülpərvər mövqe nümayiş etdirərək kəskin addımlar atmamasıdır. Hesab edirik ki, artıq sülh danışıqları dayandırılmalı, BMT-nin məlum qətnamələrini dövlətimiz icra edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü özü təmin etməlidir. Buna xalqımız və ordumuz tam hazırdır. Yuxarıda qeyd edilənlərə əsasən “Qarabağa Qayıdış” İctimai Birliyi bəyan edir ki;
1)Sülh danışıqları tamamilə dayandırılsın;
2)Ölkə üzrə yaşı 20-45 arası olan kişilərə münasibətdə səfərbərlik elan edilsin;
3)Qarabağ və Naxçıvan istiqamətində düşmənə qarşı əks hücum əməliyyatı keçirərək işğal olunmuş torpaqlarımızı azad etmək üçün antiterror əməliyyatı başlansın.
“Qarabağa Qayıdış” İB
14.07.2020-ci il
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 14-07-2020 19:22
Baxış sayı: 2543
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23