Reklam
Kəlbəcərlilər bir araya gəldi:"Müharibə istəyirik..."
21-05-2020 22:54
"Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır".Dalidag.az bildirir ki, bu sözlər "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin işğalçı Ermənistanın Azərbaycanın qədim Şuşa şəhərində mayın 21-də keçirdiyi qondarma “andiçmə mərasimi” ilə bağlı qəbul etdiyi bəyanatda qeyd edilib. Saytımızın elektron poçtuna göndərilmiş həmin bəyanatın mətnini təqdim edirik:
“Biz Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq bildiririk ki, ermənilərin bu oyunlarına birdəfəlik son qoyulmalıdır. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, böyük dövlətlərdən, ermənilərin havadarlarından çəkinməməli, işğalçıların “andiçmə” şousu keçirdikləri məkanı raket atəşləri ilə vurmalı və ardınca torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır. Biz son iki gün ərzində sosial şəbəkələrdə həyata keçirdiyimiz aksiya ilə bir daha əmin olduq ki, xalqımızın böyük əksəriyyəti işğalçı Ermənistana qarşı dərhal müharibənin başlanmasını tələb edir. KQİB “Azərbaycan Prezidentindən, Ali Baş Komandandan işğalçı Ermənistana qarşı müharibənin başlanmasını tələb edirik!”, “Azərbaycan Ordusunun dərhal “andiçmə” şousu keçirilən məkanı vurmasını tələb edirik!”, “İşğalçı Ermənistan Qarabağımızdan, Şuşamızdan rədd olub getməlidir!”, “Qarabağsız Azərbaycan olmayacaqdır!”, “Ya Qarabağ, ya ölüm!” şüar və tələbləri ilə keçirdiyi virtual , sosial media aksiyasına minlərlə insan qoşuldu və dəstək verdi. Aksiya Azərbaycanın bütün bölgələrini, həmçinin Avropa, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələri əhatə etdi.
Bir daha bildiririk ki, Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır. Başqa yolumuz yoxdur. Müharibəni başlayıb, ya qalib gəlməli, ya da məhv olmalıyıq. Ya Qarabağ , ya ölüm!"
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 21-05-2020 22:54
Baxış sayı: 41 566Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























