Reklam
Təkbaşına düşmənə meydan oxuyan kəlbəcərli şəhid Zahid Musayev
19-05-2020 10:54
Qarabağ müharibəsi vurduğu zərbələrlə yanaşı, onu da göstərdi ki, bizim xalqın qəhrəmanlıq əzmi dastanlarda, nağıllarda qalmayıb. O cəsur soy-kök var və olacaq. Bunu şəhidlik zirvəsinə ucalan oğul və qızlarımız öz şücaətləri ilə sübut etdilər. Bütöv Azərbaycanın cəlb olunduğu müharibədə Kəlbəcər də az şəhid verməyib. Onlardan biri də Zahid Musayevdir. Bu gün onun anım günüdür. Ruhu şad olsun!Dalidag.az bildirir ki, Zahid Daşqın oğlu Musayev 1974-cü il noyabr ayının 10-da Kəlbəcər rayonunun Mərcimək kəndində anadan olub. 1993-cü ildə Həqiqi-hərbi xidmətə çağırılıb. Kəlbəcər rayon Hərbi komissarlığının çağırışı ilə xidmətə yola düşən əsgər Fizuli-Ağdam istiqamətində gedən döyüşlərdə dəfələrlə igidlik göstərir. 1996-cı il may ayının 18-dən 19-na keçən gecə düşmənin kəşviyyat diversiya dəstəsinin hücumunu aşkarlayaraq, qeyri-bərabər döyüşə atılır. Düşmənin bir neçə canlı qüvvəsini məhv edir, dəstənin mövqelərimizə yaxın düşməsinə imkan vermir. Xain düşmənin atdığı əl qumbarasına tuş gəlsə də, yaralı Zahid sonacan vuruşur. Sonda kömək gəlməsinə baxmayaraq, aldığı yaralar onun həyatına son qoyur. Beləliklə, Zahid Musayev şəhidlik zirvəsinə ucalır.
Qeyd edək ki, Zahid Musayev 2005-ci ildə ölkə başçısının 859 nömrəli sərəncamı ilə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif olunub.
Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 19-05-2020 10:54
Baxış sayı: 41 577Yazı axını
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
13 / 12 / 2025
13 / 12 / 2025
12 / 12 / 2025
11 / 12 / 2025
11 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























