Reklam
Azər Qocayev ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş məzunlarla görüşüb - Fotolar
10-09-2026 12:22
Sentyabrın 10-da Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayon üzrə qəbul imtahanlarında 600 -dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb.Dalidag.az xəbər verir ki, görüş zamanı 2025–2026-cı tədris ili üzrə Kəlbəcər təhsil sahəsində əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir.
Qeyd olunub ki, Kəlbəcər təhsil sahəsində ənənəvi olaraq yüksək nəticələrin əldə olunması gənclərin elm və təhsilə olan marağının göstəricisidir. Bu uğurların gələcək illərdə daha da artırılması üçün ardıcıl işlərin davam etdirildiyi vurğulanıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunları təbrik edib, onlara seçdikləri ixtisas üzrə uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayıb.
Məzunlar da öz növbəsində qazandıqları nəticədən, gələcək təhsil planlarından və qarşılarına qoyduqları məqsədlərdən bəhs ediblər.
Sonda məzunlara xatirə şəkilləri çəkilib.
Dalidag.az







Kateqoriya: Kəlbəcər
Tarix: 10-09-2026 12:22
Baxış sayı: 3128Yazı axını
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
Ən çox oxunanlar




























