Reklam
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
01-09-2026 20:33
Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Murovdağ istiqamətində itkin düşmüş şəxslərlə bağlı sahə üzrə axtarış və yoxlama tədbirləri xüsusilə mürəkkəb şəraitdə həyata keçirilir.
“Sıx duman, soyuq hava, sıldırım yamaclar, dar dağ yolları və sürətlə dəyişən dağ şəraiti görülən işləri daha da çətinləşdirir. Buna baxmayaraq, bu işlərə cəlb olunmuş heyət zəruri təhlükəsizlik qaydalarına əməl etməklə öz fəaliyyətini ardıcıl və məsuliyyətlə davam etdirir”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Dövlət Komissiyası bu gün daha bir açıqlama yayıb. Bildirilib ki, 31 avqust 2026-cı il tarixinə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 01-09-2026 20:33
Baxış sayı: 36Yazı axını
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
22 / 08 / 2026
21 / 08 / 2026
Ən çox oxunanlar






























