Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib - FOTO

19-06-2026 14:48
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 19-da Kəlbəcər rayonunda vətəndaşları qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az-a verilən xəbərə görə, qəbulda Kəlbəcər və Laçın rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının daim prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda iştirak edən vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, onların doğma yurda qayıdışının sürətləndirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsidir.
Böyük Qayıdışın uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

 Dalidag.az






Kateqoriya: Kəlbəcər / Sosium
Tarix: 19-06-2026 14:48
Baxış sayı: 38
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
17 / 06 / 2026
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
17-06-2026 12:30
 
 
15-06-2026 11:37