Reklam
113 yaşlı nənənin gerçəkləşən Kəlbəcər arzusu - VİDEO
03-02-2026 11:25
Ölkəmizin ən yaşlı sakinlərindən biri, ömrünün bir əsrindən çoxunu geridə qoyan 113 yaşlı Xeyrənisə nənənin (Xeyrənisə Baxışəliyeva) illərdir qəlbində böyütdüyü Kəlbəcər nisgili vüsalla əvəz olunub.Dalidag.az xəbər verir ki, təqdim olunan videoreportajda, bir insanın vətən sevgisinin zamanı və məsafələri necə məğlub etdiyinə şahidi oluruq.
Videoreportajda iki fərqli dövrün müqayisəli mənzərəsi yaradılıb: 2024-cü ildə Kəlbəcərə hələ böyük köç başlamazdan əvvəl lentə alınan müsahibədə Xeyrənisə Baxışəliyeva gözlərindəki kədər və torpaq həsrəti ön plandadır. O, doğma yurduna qayıdacağına olan sarsılmaz inamını ifadə edir, hər gününü o günü görmək arzusu ilə yaşayır.
2025-ci ildə Kəlbəcərin azad nəfəsi altında, artıq öz yurdunda çəkilən müsahibədə isə Xeyrənisə nənə artıq qonaq deyil, ev sahibidir. Videoda onun Kəlbəcərin hər bir daşına, havasına olan bağlılığı və qayıdışdan sonra sanki yenidən doğulması əks olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoreportajı təqim edirik:
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 03-02-2026 11:25
Baxış sayı: 3168Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























