Reklam

Kəlbəcər rayon ictimaiyyəti İlham Əliyevə məktub ünvanladı
13-08-2025 14:10
Dalidag.az xəbər verir ki. məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Kəlbəcər rayonunun ictimaiyyəti adından ABŞ-də ölkəmiz naminə qazanılmış möhtəşəm siyasi qələbə münasibətilə Sizə ən səmimi təbriklərimizi və dərin ehtiramımızı çatdırırıq. Bu parlaq uğur Sizin milli maraqlarımız uğrunda sərgilədiyiniz əzmkar mövqeyin, uzaqgörən siyasətinizin və beynəlxalq arenada Azərbaycanın haqq səsini müdafiə etmək istiqamətində göstərdiyiniz qətiyyətin bariz nümunəsidir.
Bu gün Azərbaycan Sizin rəhbərliyiniz altında tarixində ən güclü dövrlərindən birini yaşayır. Təkcə hərbi sahədə deyil, diplomatik müstəvidə də əldə olunan nailiyyətlər ölkəmizi regionun lider dövləti, beynəlxalq münasibətlər sistemində isə etibarlı tərəfdaş kimi tanıdır. ABŞ-də əldə edilən bu siyasi qələbə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli maraqlarının beynəlxalq səviyyədə qəbul olunması baxımından strateji əhəmiyyət daşıyır.
Biz, Kəlbəcər ictimaiyyəti, yaxşı bilirik ki, bu uğurlar təsadüfi deyil. Onlar illərlə davam edən ardıcıl, düşünülmüş, dövlətçilik ənənələrinə sadiq, milli dəyərlərə bağlı siyasətinizin məntiqi nəticəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan artıq öz haqq işini dünyaya sübut etmiş, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etmiş, xalqımıza ədalət və qürur bəxş etmişdir.
Qarabağımızın, o cümlədən doğma Kəlbəcərimizin işğaldan azad olunması günündə yaşadığımız sevinc və qürur hissi bu gün də ürəklərimizdə ən parlaq xatirə olaraq qalır. O zaman biz təkcə doğma torpaqlarımıza qovuşmadıq, həm də Azərbaycanın gücünə, xalqımızın birliyinə, rəhbərimizin qətiyyətinə bir daha şahid olduq. İndi isə Vaşinqtonda qazanılan siyasi qələbə və imzalanan Birgə Bəyannamə Sizin növbəti parlaq qələbənizdir. Sizin bu prosesdəki liderliyiniz, strateji baxışınız və siyasi uzaqgörənliyiniz yenə də qalib gəldi. Xalqımızın milli maraqlarının qorunması naminə ortaya qoyduğunuz qəti, ardıcıl və prinsipial mövqeyiniz nəticəsində qalib Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Müzəffər Sərkərdə kimi sülhü də qazandınız.
Vaşinqtonda əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də birgünlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq. Sizin müdrik siyasətiniz nəticəsində Cənubi Qafqaz nəhayət ki, müharibə ilə dolu coğrafi məkandan müstəqil, qlobal əməkdaşlığa açıq, sülh və rifah dolu bir məkana çevriləcəkdir.
Möhtərəm Prezident,
Biz, Kəlbəcər ictimaiyyəti olaraq, hər zaman Sizin ətrafınızda sıx birləşir, gördüyünüz böyük işlərin, atdığınız tarixi addımların şahidi olmaqdan və bu yolda Sizi dəstəkləməkdən böyük qürur duyuruq.
Ulu Öndərimiz Heydər Əliyevin ruhunu şad edən və onun vəsiyyətini fədakarlıqla yerinə yetirən, dünyada heç bir siyasi liderin bacara bilmədiyini bacaran əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev, bir daha bu siyasi qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, Uca Rəbbimizdən Sizə, yaxın silahdaşınız Birinci Xanım hörmətli Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoş günlər, xalqımız üçün taleyüklü ali dövləti fəaliyyətinizdə yeni-yeni zirvələr və tarixi nailiyyətlər arzulayırıq. Sizin hər bir uğurunuz xalqımızın uğurudur, hər bir qələbəniz dövlətimizin gücünün təntənəsidir.
Böyük Allah Sizi və ailənizi qorusun!
Dərin ehtiramla,
Kəlbəcər rayonunun ictimaiyyəti adından
Cavid Qurbanov
Azərbaycan Respublikası, Kəlbəcər rayonu".
Dalidag.az



Yazı axını
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
12 / 08 / 2025
09 / 08 / 2025
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24
