Milli Qəhrəmanı Sərdar Səfərovun 65 yaşı tamam olur

12-08-2025 15:11

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid Sərdar Mədət oğlu Səfərovun 65 yaşı tamam olur.                                 Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Bakı Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra Daxili İşlər orqanlarında işləmək arzusu onu Rusiya Federasiyasının Tula vilayətinə aparıb. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edib. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Milis məktəbinə göndərilib. 1987-ci ildə təhsilini başa vuraraq öz iş yerinə qayıdıb. Nümunəvi milis işçisi kimi sahə müvəkkili vəzifəsinə təyin olunub. Sərdar Səfərov Azərbaycana qayıtdıqdan sonra 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayıb.

1991-ci il sentyabrın 25-də erməni silahlılarının Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücumundan sonra köməyə gələn istintaq qrupunun tərkibində müstəntiq kimi çalışan baş leytenant Sərdar Səfərov da olub. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Şuşa yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıblar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Adına Bakı şəhərində, Qusar və Kəlbəcər rayonlarında küçə adları verilibdir. Bakı şəhərində adına verilmiş kücəyə baralyefi vurulubdur. 
Milli Qəhrəmanımızın məzarı Kəlbəcər rayonundadır.                                                                                        Ruhu şad olsun!

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 12-08-2025 15:11
Baxış sayı: 316
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını