Reklam
Kəlbəcərli STM İdarə Heyətinin üzvü təyin edildi
15-05-2025 14:14
Dalidag.az xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Çıraqov STM-in idarə heyətinin üzvü təyin olunub.
Qeyd edək ki, müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifi olan Elnur Çıraqov əslən Kəlbəcərdəndir. O 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə istiqamətində bakalavr təhsili alıb. Daha sonra Türkiyədə Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda isə doktorantura təhsilini başa vurub.
E.Çıraqov 2015-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 15-05-2025 14:14
Baxış sayı: 3162Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar




























