Reklam
Vəkil Kəlbəcərin Polis Şöbəsinin rəisinə müraciət etdi: "Xahiş edirəm, bu məsələni nəzarətinizə götürün "
26-05-2024 11:12
Dalidag.az Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əziz Qənbərovun Kəlbəcər rayon Polis Şöbəsinin rəisi cənab Haqverdi Əkbərova ünvanladığı müraciəti təqdim edir:
"Hörmətli Haqverdi müəllim!
Dövlətimizin cinayətkarlıqla mübarizədə ön sırasında dayanan Polislərimiz dövlətimizin onurğa sütunudur desək, yanılmarıq. Siz rayonumuzun Polis İdarəsinə rəhbərlik etdiyiniz dövrdə əhalimizin, cənab Prezidentimizin və cənab Nazirin etimadını doğruldan məmur kimi hər bir Kəlbəcərlinin dərin hörmətiniz qazanmısınız. Ona görə də mən Sizə dərin təşəkkür etməklə bərabər Sizə daima uğurlar arzulayıram.
Hörmətli Haqverdi müəllim!
Rayonumuz işğaldan azad edildikdən sonra rayon ərazisində sabitliyin möhkəmlənməsində Sizin xüsusi əməyinizin olduğunu nəzərə alaraq bir məsələ ilə bağlı Sizə müraciət etmək qərarına gəldim. Belə ki, cənab Prezidentimizin xalqımızın hər bir kəsiminə ayırdığı xüsusi diqqət və qayğı ilə bərabər fermerlərə də yaratdığı şəraitlə bağlı Azərbaycanımızın fermerləri Kəlbəcər yaylaqlarına köçə başlamışdır. Bu köç başlayanadək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi böyük əmək sərf edib Fermerlərimizin yaylağa köç etməsi ilə bağlı bütün lazımi tədbirləri görmüşdür. Hər bir fermerə təsərüffatının sayına uyğun olaraq örüş sahəsi konkret sərhədlər və kordinatlarla müəyyən edilərək fermerlərə xəritələr təqdim edilmişdir. Bu il keçən illərə nisbətən daha çox fermer yaylağa köç etməsi gözlənildiyini nəzərə alaraq fermerlərin kortəbii şəkildə yerləşməsinə cəhd edilməsi gözləniləndir. Artıq müddət daraldıqca bəzi fermerlərin emosiyaları da gərilməyə başlamışdır ki, bu da real münaqişə mənbəyidir. Lakin mən əminəm ki, Sizin rəhbərliyinizlə qorxduğumuzun başımıza gəlmə ehtimalı azdır.
Buna baxmayaraq yenə də fermerlərlə daima əlaqədə olan şəxs olaraq narahatçılığımı Sizinlə bölüşərək xahiş edirəm ki, bu məsələni öz şəxsi nəzarətinizə götürərək hər bir fermerin öz yerinə düşməsi üçün köməkliyinizi əsirgəməyəsiniz.
Çünki bəzi fermerlər SSRİ dövründə olan kolxoz sovxoz varisçiliyi ilə hərəkət etmək niyyətindədirlər. Artıq Dövlətimiz Müstəqil olub və bütün sənədləşmələr müasir elm və texnikanın köməkliyi ilə tam nəzarətə götürülə bilibdir.
Əvvəlcədən təşəkkürümü bildirirəm", müraciətdə deyilir.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 26-05-2024 11:12
Baxış sayı: 2503
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02