Reklam
Ağdaban faciəsinin 32-ci ildönümü qeyd edilib -Şəkillər
08-04-2024 21:28
Ağdaban faciəsinin 32-ci ildönümü qeyd edilib.
Dalidag.az-ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və hadisə şahidləri iştirak edib.
Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına ehtiramlarını bildiriblər. Daha sonra Ağdaban faicəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hadisə şahidləri Əliyəddin Orucov, Ərşad Qaraşov çıxış edərək bildiriblər ki, Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir. Ermənilər təkcə Ağdabanda insanlara divan tutmayıblar, onlar tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı şair Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub. Şükür olsun ki, bu gün Qarabağımız, o cümlədən Kəlbəcərimiz azaddır və faicə qurbanlarının qisasını mənfur düşmənlərdən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu alıb. Bu gün ağdabanlılar Ağdaban kəndində faciə qurbanlarını yad edirlər. Eyni zamanda hadisə şahidləri bildiriblər ki, bu gün hər bir azərbaycanlı kimi onlar da şaddırlar, doğmalarının qisaslarını aldıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və onun məğrur ordusuna minnətdardırlar. Tədbir iştirakçıları Ağdaban faciəsinin bütün bəşəriyyətə və insanlığa qarşı soyqırım kimi qiymətləndirib və bu soyqırım həqiqətlərini gənclərimizə çatıdırılmasının vacibliyini vurğulatıblar.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 08-04-2024 21:28
Baxış sayı: 3132
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02