Kəlbəcərli ziyalı Vəliyəddin İsmayılovun oğlu Prezidentə təşəkkür etdi

04-04-2024 15:20
Ağır xəstə olan Kəlbəcər ziyalısı Vəliyəddin İsmayılovun oğlu İlham Əliyevə təşəkkürünü bildirdi...

Ağır xəstəlikdən əziyyət çəkən kəlbəcərli ziyalı Vəliyəddin İsmayılovun oğlu İlqar Misirzadə İlham Əliyevə təşəkkür məktbu ünvanlayıb.
Dalidag.az həmin məktubun mətnini təqdim edir:

"AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
MİSİRZADƏ İLQAR VƏLİYƏDDİN OĞLU TƏRƏFİNDƏN
 
T Ə Ş Ə K K Ü R N A M Ə
 
Möhtərəm Prezident!
 
Tarixi bir ilin başlanğıcında hər bir azərbaycanlının qürur hissi keçirdiyi bir günə
şahidlik etdik. 07.02.2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident
seçkiləri keçirildi. Azərbaycan xalqı dünyanın “demokratiya carçıları”na demokratiya
dərsi verdi. Siz “Dəmir yumruq”la bütövləşən Azərbaycanın tarixi torpağı – Xankəndi
şəhərində səsvermədə iştirak etməklə sözünüzü və haqqımızı dünyaya bir daha bəyan
etdiniz. Mən Sizi bu tarixi uğur və yenidən böyük səs çoxluğu ilə Azərbaycan
Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin
imzanızla Azərbaycanımızın növbəti uğurlarına və xoşbəxt gələcəyinə tamlıqla əminik.
Qarşıdan Novruz bayramı gəlir. Xalqımızın bu milli bayramı, qoy yeni-yeni uğurlar
gətirsin. Siz hər Novruz təbrikini Azərbaycanımızın dilbər guşələrindən edəsiniz, necə ki,
bu Novruz tonqalını Xankəndi şəhərində qaladınız və xalqımızı təbrik etdiniz. Xalqımıza
bu sevinci yaşatdığınız üçün təşəkkür edirəm. Novruz bayramınız mübarək olsun!
 
Cənab Prezident!

Çox istərdim ki, bu ürək sözlərini Sizə respublikamızın ictimai-siyasi, ədəbi-mədəni
mühitində fəal iştirak edən, ulu öndər Heydər Əliyevin ideyalarını böyük məhəbbətlə,
şövqlə təbliğ edən, Sizin tərəfinizdən ulu öndər Heydər Əliyevin 100 illik yubiley medalı
ilə təltif olunan atam İsmayılov Vəliyəddin Misir oğlu hər zaman olduğu kimi şəxsən
qələmə alaydı. Əfsuslar olsun ki, 02.01.2024-cü il tarixində səhhətində qəfil yaranan
problem (sag tərəfli beyin insultu) nəticəsində atam nitq və yazı qabiliyyətini itirdi və
mən Sizə ailəmiz adından ürək sözlərimizi və təşəkkürümüzü bildirməyi özümə mənəvi borc
bildim.
 
Cənab Prezident!
 
Bu medal atamın 80 illik ömrünün 55 ilini dövlətinə, xalqına vicdanla xidmətinin
əvəzsiz hədiyyəsidir. Bu sevinci və qürur hissini atama və bizlərə yaşatdığınız üçün sizə
sonsuz təşəkkürlərimizi bildirirəm.

Nəzərinizə çatdırım ki, atam gənc yaşlarından məhz Heydər Əliyevin təyinatı ilə
Kəlbəcər rayonu Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. H.Əliyevin
verdiyi tövsiyələr və nəsihətlər onun həyat yoluna daim işıq olmuşdur. Və o, bizi də bu
ruhda böyütmüşdür. Mən böyük qürur hissi ilə qeyd edirəm ki, ulu öndər Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gəldikdən sonra atam 1998-ci ildə ona sadiq bir insan olaraq
“Qarabağ və digər işğal olunmuş rayonların seçicilərinin ilk təşəbbüs qrupu”nu yaratdı və
Heydər Əliyevin prezidentliyə namizədliyini yurdunu-yuvasını itirmiş, lakin ümidini
itirməmiş insanlar irəli sürdü. Atam, beləliklə H.Əliyev Mərkəzi Seçki Qərargahının üzvü
və Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd Heydər Əlirza oğlu
Əliyevin səlahiyyətli nümayəndəsi seçildi, 1 nömrəli Şəhadətnamə ona təqdim olundu.
 
Cənab Prezident!
 
Bu, çox qürurvericidir ki, ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirmələri
məhz onun adını daşıyan orden və medalla təltif olunurlar. Mən Sizə bir daha ailəmiz
adından, şəxsən atam İsmayılov Vəliyəddin Misir oğlu tərəfindən dərin təşəkkürümü
bildirirəm. Azərbaycanımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, ideyaları və
Sizin əzmkar dəyanətiniz, düzgün siyasi straterigiyanızla Qafqaza əbədi sülh gətirəcəkdir.
Allah tutduğunuz bu müqəddəs yolda yardımçınız olsun! Rəbbim Sizi və ailənizi
qorusun!
 
Dərin hörmət və ehtiramla Kəlbəcər Ağsaqqallar Şurasının sədri
İsmayılov Vəliyəddin Misir oğlu adından
 
Misirzadə İlqar Vəliyəddin oğlu,
 
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının Syasi İdarəetmə
fakültəsinin müdavimi,
“Azərsu”Açıq Səhmdar Cəmiyyətinin
əməkdaşı.

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 04-04-2024 15:20
Baxış sayı: 3508
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını