Reklam

Kəlbəcər rayon 14 saylı orta məktəbi bayram tədbiri keçirib
22-03-2024 10:43

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon Təhsil sektorunun Kəlbəcər rayon 14 saylı orta məktəbi üzrə YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatında Novruz bayramına həsr olunmuş tədbir kecirildi.
Dalidag.az xəbər verir ki, tədbirdə məktəbin müəllim-şagird kollektivi iştitak edirdi. Məktəbin direktoru YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədri Mərziyyə Baxşəliyeva ilk önçə Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz bayramı həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Mərziyə Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Prezident İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından, Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bir çox mənəvi sərvətimiz kimi, Novruz bayramının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs edib.
Məktəblilərin təqdimatında Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Novruz bayramına, xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, siniflərin nümunəvi çıxışlarına tamaşa edilib.
Dəlidağ.az








Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
