Reklam
Göygöl rayon Çaykənd kəndində kəlbəcərli seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR
24-01-2024 20:14
Dalidag.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, təbliğat-təşviqat qrupun üzvü Mirzəli Məmmədov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən ziyalılar Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin gördüyü işlər nəticəsində ölkədə əldə edilən inkişaf haqda seçicilərə geniş məlumat veriblər. Natiqlər vurğulayıblar ki, Azərbaycanda mühüm siyasi proseslə bağlı geniş təbliğat-təşviqat işləri aparılmaqdadır: “Bu gün ölkədə hərtərəfli inkişaf müşahidə olunur. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Məhz ölkədə gedən abadlıq-quruculuq prosesi bu gün işğaldan azad olunmuş ərazilərdə sürətlə gedir. Buda Azərbaycan dövlətinin hər sahədə gücünün göstəricidir.
Çıxış edən seçicilər Kəlbəcərlilərin Ulu Öndər Heydər Əliyevin irsinə sadiqliyini, cənab Prezident İlham Əliyevin dəmir yumruğu ətrafinda birləşərək hər zaman olduğu kimi bu seçkilərdə də dəstək verəcəklərini əminliklərini ifadə ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
















Kateqoriya: Kəlbəcər
Tarix: 24-01-2024 20:14
Baxış sayı: 3208Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)




















