Reklam
Mingəçevir şəhərində kəlbəcərli seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR
24-01-2024 12:03
Dalidag.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat qrupun üzvləri Əli Bağırov, Saday Musayev, şair Ələkbər Sönməz, şair Elşən Əzim, kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, ümumiyyətlə cəmiyyət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətin çəkdiyimiz torpaqlarımızı azad edərək xalqımızın ən böyük arzularını gerçəkləşdirib.
Çıxış edən seçicilər Kəlbəcərlilərin hər zaman dövlətə- dövlətçiliyə sadiq olduqlarını vurğulayıblar. Cənab İlham Əliyevə xalqımızın hər zaman olduğu kimi bu dəfə də dəstək verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Dalidag.az

















Kateqoriya: Kəlbəcər
Tarix: 24-01-2024 12:03
Baxış sayı: 3330Yazı axını
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30






























