Reklam
Goranboy rayon Veysli qəbəsində kəlbəcərli seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR
22-01-2024 20:36
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Goranboy rayon Veysli qəbəsində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.Dalidag.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Məhiyyədin Əbdürrəhmanov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, 2024-cü ilin gəlişilə müstəqil Azərbaycanın həyatında yeni bir səhifə açılır. Ötən illərlə müqayisədə bu il ilk dəfə olaraq bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu da şanlı tariximizə daha bir uğur kimi yazılacaq. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev respublikaya rəhbərliyə başladığı dövrdən dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran , böyük şəxsiyyət və siyasi xadim olduğunu Azərbaycan naminə gördüyü işlərlə doğrultdu. Çıxış edən seçicilər vurğulayıblar ki, Kəlbəcərlilər hər zaman dövlətə- dövlətçiliyə sadiq olublar. Bu seçkilərdə də seçimləri məhz Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd – Qalib xalqın Qalib Lideri İlham Əliyevin olacağına əminliklərini, ifadə ediblər. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Dalidag.az









Kateqoriya: Kəlbəcər
Tarix: 22-01-2024 20:36
Baxış sayı: 4453Yazı axını
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
13 / 12 / 2025
13 / 12 / 2025
12 / 12 / 2025
11 / 12 / 2025
11 / 12 / 2025
10 / 12 / 2025
09 / 12 / 2025
09 / 12 / 2025
08 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























