Reklam
Azər Qocayev kəlbəcərli 20 Yanvar şəhidinin ailəsini ziyarət edib - Şəkillər
20-01-2024 16:06

Yanvarın 20-də “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət edib.
Görüşdə Azərbaycanı dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb onların qəhrəmanlıq səlnaməsindən söz açılıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdiklərini bildirib. RİH başçısı Azər Qocayev bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. İcra başçısı çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb. Azər Qocayev qeyd edib ki, bütün şəhidlərimiz kimi Sizin oğlunuzunda ruhu indi şaddır. Cənab prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad etmişdir. Bu qələbə Ali Baş komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi və dəmir yumruğu hesabına qazanılmışdır.
Görüşdə çıxış edən şəhidin atası Cabbarov Vəli ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 20-01-2024 16:06
Baxış sayı: 3315Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























