Reklam
Bərdə rayonunda məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib -ŞƏKİLLƏR
18-01-2024 12:49
Kəlbəcər seçiciləri qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklər!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonu Yeni qəsəbədəki mədəniyyət evində Bərdə rayonunda məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, təşviqat qrupunun üzvləri Vəsilə Cəfərova, Elxan Misirov və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 20 ildə bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən böyük nailiyyət və möhtəşəm Zəfər isə 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Tarixi zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın sözünün imzası qədər dəyəri daha da artır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Beləliklə, Prezident İlham Əliyevin müdrikliyi və qüdrəti onun mümkünsüz görünəni reallığa çevirməsi, xalqımızın ən böyük arzu və istəyini həyata keçirməsidir. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Ali Baş Komandanımızın Prezident İlham Əliyevin vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!.
Sonda natiqlər seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı, Yeni Azərbaycan Partiyasının namizədi qalib xalqın Qalib Lideri Cənab İlham Əliyevə yekdil şəkildə dəstək olmağa və səsvermə günü həmrəylik nümayiş etdirməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də yekdilliklə seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 18-01-2024 12:49
Baxış sayı: 4168
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02