Reklam
Kəlbəcərin icra başçısı fəal gənci təltif edib
08-01-2024 15:17
Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev Rayonun ictimai- siyasi həyatında fəal iştirak edən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olan, fəal gənc Cəfər Muxtarzadəni təltif edib.
Dalidag.az-ın xəbərinə göeə, rayon rəhbəri bildirib ki, ölkəmizdə daima gənclərə böyük önəm verilib və dövlət başçısı tərəfindən ölkəmizdə gənclər siyasətinin daha da uğurla aparılması istiqamətində Dövlət Proqramları qəbul edilib və gəncliyin hərtərəfli inkişafına şərait yaradılıb. Regionlarda idman saraylarının, gənclər evlərinin tikilməsi, gənclərin xarici ölkələrə dövlət hesabına təhsil almağa göndərilməsi, gənclər üçün prezident mükafatının ayrılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında gənclərə üstünlük verilməsi möhtərəm prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Rayon rəhbəri Cəfər Muxtarzadəyə iş və şəxsi həyatında uğurlar arzulayıb.
Cəfər Muxtarzadə dövlətinə və xalqına şərəflə xidmət edəcəyini bildirərək, göstərdiyi diqqətə görə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə təşəkkür edib.
Qeyd edək ki, Cəfər Muxtarzadə İngilis dilində təhsil alaraq, Britaniya, Finlandiya və Macarıstan universitetlərində, bakalavr, magistr və doktorantura dərəclərini İqtisadçı- Maliyyə və Mühasibatlıq, Beynəlxalq Strateji İdarəetmə və Biznesin İdarəetməsi ixtisasları üzrə bitirib. Universitetlə yanaşı Macarıstan dövləti üzrə təcrübəli mühasib “Etibarlı İctimai Mühasib” adı verilən diploma layiq görülüb. Xaricdə yaşadığı dövrlərdə bir çox yüksək dərəcəli Amerika, Avropa şirkətlərində çalışıb və həmin şirkətlərdə İdarə heyətinin üzvü, rəhbər vəzifələrdə xidmət edib. Xarici ölkələrdə yaşadığı dövrlərdə mütəmadi olaraq səfirliyimizin, diasporamızın əməkdaşları ilə əlaqə saxlayıb keçirilən tədbirlərə daim öz töhfəsini verib. 44 günlük müharibədə həmyerlilərimizlə həm də bizim siyasətimizi dəstəkləyən xaricilərlə birlik yaradıb və vətənimiz, millətimiz üçün xeyirli olacaq bir çox lahiyyələri idarə edib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 08-01-2024 15:17
Baxış sayı: 3257
Yazı axını
01 / 02 / 2025
30 / 01 / 2025
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
Ən çox oxunanlar
30-01-2025 14:54