Reklam
Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Heydər Əliyev və Müasir Azərbaycan" adlı tədbir keçirilib -ŞƏKİLLƏR
25-12-2023 09:53
Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru Həqiqət Məmişovanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" adlı tədbir keçirilmişdir.Dalidag.az xəbər verir ki, Bakı yerləşən Şuşa şəhər 7 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, təhsil eksperti Şahlar Əsgərov, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin nümayəndəsi Cəmilə Mirzəyeva, Qarabağ qaziləri, ali və orta məktəb müəllimləri iştirak etmişlər. Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin həyat və fəaliyyətinə nəzər salmış, onun uzaqgörən siyasətinin nəticəsi kimi müasir dövrdə suveren Azərbaycanın uğurlarından bəhs etmişlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Bütöv Azərbaycanımız naminə onun növbəti Prezident seçkilərində namizədliyi dəstəklənmişdir. Tədbirin bədii hissəsində Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin şagird kollektivi çıxış etmiş, şeirlər səsləndirmişlər. Sonra musiqiçilərin müşayiəti altında Qarabağ şikəstəsi ifa olunmuşdur. Tədbirin sonunda Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin hazırladığı və Ulu Öndərin həyat və fəaliyyətini, həmçinin 44 günlük Vətən Müharibəsini və Zəfəri özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Dalidag.az














Kateqoriya: Kəlbəcər
Tarix: 25-12-2023 09:53
Baxış sayı: 2598Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















