Reklam
Bəhmən Vətənoğlu sözü tumarlayan, oxşayan, əzizləyən bir şair idi
17-12-2023 21:39

Dünyaya çox insanlar gəlib gedir. Hər kəs Allahın ona bəxş etdiyi ömrü fərd olaraq qismətinə nə yazılıbsa, onu da yaşayıb gedir. Şairlər də doğulurlar. Ancaq onlar adi insanlardan fərqli olaraq ölmürlər. Şairlər ölən günü belə yenidən doğulurlar.
Bu dünyaya bir Bəhmən Vətənoğlu gəldi. Gəldiyi gündən dünya boyda ağır bir yükün altına girdi. Bəhmən Vətənoğlu Azərbaycanın tanınmış klassik şairlərindəndi. Bu dahi şair Azərbaycanın ədəbi mühitində hər zaman üst qatda qərar tutmuşdur. O cəmiyyətin bütün sahələrində baş verən hadisələrə biganə qalmadı və bu dünya ilə heç vaxt barışmadı.
Çəkməsən ləzzətdi, ay Vətənoğlu
Çəksən özü boyda dərddi bu dünya -deyən şair bu dünyanın dərd yükünü də özü ilə apardı.
Dərddən xəzinəm var,
Qəmdən anbarım.
O qədər yığmışam,
Kalanam Vallah -yazan şair elin sevincinə sevinər, kədərinə kədərlənərdi.
Deyirlər şairlər sözün başına oyun açır, Bəhmən Vətənoğlu isə əksinə, sözü tumarlayan, oxşayan, əzizləyən bir şair idi. O sözü gözəlləşdirib, ilahiləşdirirdi. Vətənoğlu sözdən saraylar, imarətlər tikirdi. O, ümman idi. Vətənoğlunun ayrıca bir dünyası var idi ki, o da işğal olunmuşdu.
Görünmür gözümə
Nə günəş, nə ay
Asimanım Kəlbəcərdə qalıbdı- inləyən Vətənoğlu yer-yurdsuz necə yaşayıb, ömür sürərdi axı?!...
Ruhun şaddır, unudulmaz şair, canından çox sevdiyin Kəlbəcər artıq azaddır.
Ədil Kəlbəcərli
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 17-12-2023 21:39
Baxış sayı: 3869Yazı axını
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
Ən çox oxunanlar





























