Reklam

"İnqilab Nadirov Kəlbəcərin həm səfalı, həm cəfalı günlərində rayona rəhbərlik edib" - Professor
17-12-2023 12:15
Kəlbəcərlilərin borcu ona ədalətli qiymət verməkdir. İ.Nadirov barədə həm müsbət, həm də mənfi fikirlər var. Hansı düzdür? Bu suala ancaq elm ədalətli cavab verə bilər. Elmə görə, hər birimizin həm şəxsi, həm də ictimai mənafei var və bu mənafelərin nisbi cəmi vahiddir. Başqa sözlə, hər kəs həm özünə, həm də dövlətə işləyir. Rəhmətlik İnqilab Nadirov üçün də bu qanun doğrudur. Bu qanuna görə rəhbərin yaxşı və ya pis olduğunu qiymətləndirmək olar. Bunun üçün rəhbərin gördüyü müsbət işlərini onun mənfi işlərinə nisbətin hesablamaq lazımdır. Praktikada bunu necə edə bilərik? Əgər rəhmətlik Kəlbəcərə 1000 manatlıq iş görüb, onun 1 manatını özünə xərcləyibsə, onda bu nisbət 1000 olar. Belə rəhbəri əla rəhbər saymaq olar. Yox, əgər hər 1000 manatın 2 manatını mənimsəyibsə, onda nisbət 500 olar. Belə rəhbəri yaxşı rəhbər saymaq olar. Rəhbər pis hesab olunar o zaman ki, hər 1000 manatın 10 manatını mənimsəyir. O zaman bu nisbət olar 100. Belə rəhbər pis rəhbərdir. Bu yanaşma ilə İnqilab Nadirov Kəlbəcərin yaxşı rəhbəri olub. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun.
Şahlar Əsgərov,
Professor, ictima-siyasi xadim.



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
