Reklam
Doğum günündə Kəlbəcərli şəhidin xatirəsi etiramla yad edildi
07-12-2023 20:14

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Zəlimxan Rafiq oğluHəsənlinin doğum günü ilə əlaqədar məzarını və ailə üzvlərini ziyarət edilib.
Dalidag.az-a verilən məlumata görə, mərasimdə Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, İƏD üzrə nümayəndələr, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, qazilərmiz, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhid Zəlimxan Həsənlinin ailə üzvləri ilə görüşlüb, Milli Məclisin deputatı Aqil Məmmədovun, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin adından dərin hüznlə baş sağlığı verilib. Şəhidin doğum günündə vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan, o cümlədən şəhid Zəlimxan Həsənlidən bəhs edilərək onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Zəlimxan Rafiq oğlu Həsənlinin ailəsi də bu qayğıdan kənarda qalmamışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 07-12-2023 20:14
Baxış sayı: 2188Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























