Kəlbəcərli qazi Şəhriyar Hüseynov evində ziyarət olundu - Şəkillər

22-11-2023 18:41

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi iştirakçısı, antiterror əməliyatı zamanı qazi olan Şəhriyar Şakir oğlu Hüseynovu evində ziyarət edib.
Dalidag.az-ın xəbərinə görə, ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov iştirak edib. Rayon rəhbəri qazi ilə söhbət edib, səhhəti və müalicəsi ilə maraqlanıb, qazanılmış tarixi zəfər münasibətilə qazini təbrik edərək bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə nail oldu. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
Söhbət zamanı xüsusi təyinatlı qüvvələrin müddətdən artıq hərbi quluqçusu Şəhriyar Hüseynov keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb. Qazi Şəhriyar Hüseynov qeyd edib ki, onlar Vətən qarşısında öz vəzifələrini yerinə yetiriblər. Bununla belə Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc və stimul verib: “Arxa cəbhənin dəstəyi biz hərbiçiləri döyüşə daha çox sövq edirdi. Bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi”.
Azər Qocayev bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin qayğısını hiss edəcəklər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Qazi ona göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Hüseynov Şəhriyyar Şakir oğlu  Vətən müharibəsində, və antiterror əməliyatında iştirak edib.Döyüşlərdə göstərdiyi şücaətə görə cənab prezident İlham Əliyevin müvafiq sərəncamları ilə”Cəbrayılın azad olunmasına görə”,Qubadlının azad olunmasına görə” medalları ilə və “Azərbaycan Bayrağı Ordeni”  ilə təltif olunub.

Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 22-11-2023 18:41
Baxış sayı: 3170
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını