Reklam
Şəhid ailələri ilə görüş keçirilib - Şəkillər
19-11-2023 15:39

Şəhid ailələri ilə görüş keçirilib.
Dalidag.az xəbər verir ki, tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra hakimiyyətinin Daşbulaq kənd inzibati ərazi dairəsinin nümayəndəsi Tural İsmayılov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Rusiyada yaşayan həmyerlimiz diaspor nümayəndəmiz Mətləb Həsənov və şəhid ailələri iştirak ediblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirib. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində artıq ərazi bütövlüyümüzün, süverenliyimizin bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb.

Sədr Həbib Misirov Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib. Rusiyada yaşayan həmyerlimiz diaspor nümayəndəmiz Mətləb Həsənov, Vətən müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev və digər çıxış edənlər şəhidlərimizin şərəfli döyüş yolundan söz açıblar, onların qəhrəmanlığından bəhs ediblər. Bildirilib ki, şəhidlərimizin irsini həm Vətənimizdə həm də Vətəndəndən kənarda yaşadıb təbliğ etmək hər birimizin borcudur.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Kateqoriya: Kəlbəcər
Tarix: 19-11-2023 15:39
Baxış sayı: 3248Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















