“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib

03-11-2023 15:48

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kəlbəcər rayon İİcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ilk öncə Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin inkişafında, ümumilikdə bütün sahələrdə qazanılmış uğurların təməlində xalqımızın ümumilli lideri Heydər Əliyevin mütləq şəkildə müstəsna xidmətləri olmuşdur.Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün yüksələn xəttlə inkişaf edir. Eyni zamanda Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən bəhs ediblər.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirmişdir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Bəli, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir. 
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirildi. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir.
Bu gün ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq hər bir azər­bay­can­lı bu Qə­lə­bə­nin se­vin­ci­ni ya­şa­yır. Döv­lə­ti­mi­zin baş­çı­sı, Mü­zəf­fər Ali Baş Ko­man­dan İl­ham Əli­ye­vin qə­tiy­yə­ti sa­yə­sin­də dün­ya­ya səs sa­lan bu Zə­fə­ri­miz ta­ri­xi­mi­zin ən şan­lı sə­hi­fə­si­dir. Qa­lib öl­kə­nin qa­lib Li­de­ri ki­mi iş­ğal­dan azad edil­miş tor­paq­la­rı­mı­za da­vam­lı sə­fər­lər edən cə­nab İl­ham Əli­yev hər də­fə bu fik­ri bil­di­rir ki, hət­ta ha­va da se­vi­nir, çün­ki bu tor­paq­la­ra əsl sa­hib­lə­ri gə­lib. 
Ata və­siy­yə­ti­ni ye­ri­nə ye­tir­di­yi üçün özü­nü xoş­bəxt hiss edən döv­lə­ti­mi­zin baş­çı­sı İl­ham Əli­yev hər bi­ri­mi­zin qü­rur ün­va­nı­dır.

Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 03-11-2023 15:48
Baxış sayı: 3297
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını