Reklam
Kəlbəcər RİH-nin başçısı yaralı hərbçini ziyarət edib - Şəkillər
20-10-2023 14:52

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və RİH-in məsul əməkdaşları lokal antiterror əməliyyatları zamanı yaralanan kəlbəcərli hərbi qulluqçu, rayonun Şaplar kənd sakini Nicat Azay oğlu Mamedovu evində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, yaralımıza Allahdan şəfa diləyib.
Dalidag.az-ın xəbərinə görə, İcra başçısı bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqədə lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri uğurla yerinə yetirdilər. Ordumuz cəmi bir gün ərzində erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.Xunta rejmini birdəfəlik məhv edərək, əli soydaşlarımızın qanına bulaşan, özünü bir zamanlar prezident kimi təqdim edən üç təlxəyi ədalət mühakiməsi üçün Bakıya gətirilib.Bu Müzəffər Ali Baş Komandanın siyasi iradəsinin, ordumuzun rəşadətinin təntənəsidir.
Bu əməliyyatlarda şəhid olan igid oğullarımıza Allahdan rəhmət diləyir,qazilərimizə can sağlığı arzulayırıq. Onlar bizim fəxrimiz, tarix yazan oğullarımızdır.
Hərbiçi Nicat Mamedov və onun ailə üzvləri yaralı hərbçilərin müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 20-10-2023 14:52
Baxış sayı: 3253Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























