Reklam

Azər Qocayev lokal antiterror əməliyatı zamanı yaralanan İlkin Salmanovu ziyarət edib - Şəkillər
18-10-2023 17:30

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları lokal antiterror əməliyatı zamanı yaralanan İlkin Habil oğlu Salmanovu ziyarət ediblər.
Dalidag.az-ın xəbərinə görə, söhbət zamanı rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, anterror əməliyyatının ilk saatlarında Azərbaycan əsgərləri böyük sücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini 24 saatdan az bir vaxta məğlub edərək, ağ bayraq qaldırmağa məcbur etmişdir. Məhz həmin hərbi əməliyyatın nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Üç rəngli şanlı Azərbaycan bayrağı Xankəndində, Xocalıda, Ağdərədə, Əsgəranda dalğalanır. Eyni zamanda vurğulanıb ki, Azərbaycan artıq təkcə hərbi sahədə deyil, diplomatiya, siyasət sahəsində də qalib ölkədir.
Rəsmilər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgər və hərbiçiləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, yaralı hərbiçimizə tezliklə sağalıb evinə və xidməti yerinə dönmələrini arzulayıblar.
Qeyd edək, yaralı hərbiçimizin qardaşı Elçin Habil oğlu Salmanov antiterror əməliyatı zamanı qəhrəmancasına şəhid olub. Rayon rəhbəri və digər ziyarətə gəlmiş rəsmi şəxslər yaralı hərbiçiyə və onun ailəsinə baş sağlığı verib, doğmalarına səbr diləyiblər.
İlkin Salmanov Azərbaycanın ərazi bütövlüyünün tam bərpası uğrunda gedən döyüşlərdə qardaşı və silah yoldaşlarının böyük əzm və qətiyyət nümayiş etdirdiyini, qardaşının və şəhidlərimizin qisasının alındığını bildirərək bundan sonra da Ali Baş Komandanın yanında olacağını dilə gətirib.
İlkin Salmanovun atası bir oğlunun vətən uğrunda qurban verdiyini, digər oğlunun yaralı olduğunu qeyd edərək, övladları ilə fəxr etdiyini, qürur duyduğunu bildirərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.
Dalidag.az







Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar