Reklam
Kəlbəcərdən olan şəhidimiz anılıb
13-10-2023 22:38

Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi İlyasov Bəhrəm Nizam oğlunun anım günü qeyd olunub.
Dalidag.az xəbər verir ki, anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Eldəniz Mamedov, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
Anım mərasimində Zəfər taxrimizdən, eyni zamanda lokal xarakterli antiterror əməliyyatlarında qazanılan qəlbədən bəhs edilib.
Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şədidlərimizin əziz xatirəsini daima uca tutaraq şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərməsindən, onlara yüksək həssaslıqla yanaşmasından söhbət açıblar.
Vurğulanıb ki, Azərbaycan dövləti var olduqca, üç rəngli şanlı bayrağımız səmalarda dalğalandıqca, şəhidlərimizdə hər zaman var olacaq və daima xatırlanacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 13-10-2023 22:38
Baxış sayı: 3514Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















