“Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirilib -ŞƏKİLLƏR

13-10-2023 20:27
Bu gün YAP Kəlbəcər rayon  təşkilatı Gəncə şəhər Heydər Əliyev Mərkəzində 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “Qalib xalqın müzəffər  Prezidenti  İlham  Əliyev” mövzusunda konfrans keçirilib. 

Dalidag.az xəbər verir ki, konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ərazi partiya təşkilatının sədrləri və YAP faəlları iştirak edirdilər.

Konfrans iştirakçıları Mərkəzin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,  gül dəstələri düzüblər.    
Gəncə şəhər Heydər Əliyev Mərkəzində davam edən konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirin moderatoru  YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20 ili tamam olur və Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. 

Konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək, 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına  ünvanladığı, bu gün də hər birimizin yaddaşından silinməyən 1 oktyabr 2003-cü il tarixli müraciətini bir daha xatırladaraq vurğuladı ki, bu müraciət təkcə Ulu Öndərin deyil, bütövlükdə  xalqımızın Heydər Əliyevin ən layiqli varisinə olan böyük inam və ümidinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu Öndər bu tarixi müraciəti ilə böyük zəhmət və uzaqgörənliklə əsasını qoyduğu siyasi kursu davam etdirə biləcək ünvanı dəqiq göstərmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram”. 
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onu da vurğuladı ki,  artıq 20 ildir ki, müstəqil Azərbaycan dövlətçiliyi böyük uğurlara imza atır. Seçildiyi ilk gündən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasəti Dağlıq Qarabağda böyük qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. 
Konfransda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Dünyanın templi ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə -15 oktyabr 2003-cü il. Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevə olan inamının göstəricisi idi.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov onu da vurğuladı ki, böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. 
Konfransda Vətən müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə sektor müdiri Musa Məmmədov, Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru İsmət Nəcəfov, Kəlbəcər rayon 109 saylı tam orta məktəbin müəlliməsi Çinarə Eyvazova və digər çıxış edənlər bildirdilər ki, möhtərəm Prezidentimiz, YAP Sədri Cənab İlham Əliyevin Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini söylədi.  Bildirdilər ki,  məhz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı  ilə  2020-ci il sentyabrın 27-də 30 il Qarabağ həsrətinə cəmi 44 gün ərzində Zəfərlə son qoyuldu. Bu qələbəmizlə bir daha dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır və həmişə qalib xalq olaraq Müzəffər Ali Baş Komandan, qalib Liderimiz İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyirik. Çıxış edənlər, həmçinin dövlət başçımızla bir yerdə xalqımızın sevimlisi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını bildirdilər.
Sonda YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzədə konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciəti oxudu.


























Kateqoriya: Kəlbəcər
Tarix: 13-10-2023 20:27
Baxış sayı: 2317
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını