Reklam
110 yaşlı Kəlbəcər sakini 30 ildən sonra doğma yurda döndü: “Məkkəyə gəlmişəm...” - VİDEO
11-07-2023 14:42
30 il bir igidin ömrüdü deyirlər. Minlərlə insan bir igidin ömrü qədər həsrət yaşadı-yurd həsrəti. Kimi bu uzun həsrətin ağrısına, göynəyinə dözə bilməyib ruhunu təslim etdi göylərə. Kimi də inadla, ümidlə bir gün yurduna dönəcəyi günü gözlədi. 110 yaşlı Xeyransa nənə kimi.Dalidag.az xəbər verir ki, Xeyransa nənə 30 ildən sonra ailəsi ilə birlikdə doğma yurdu Kəlbəcərə qayıdıb. 30 il əvvəl ağlaya-ağlaya məcburən uzaq düşdüyü, illərlə ancaq yuxusunda gördüyü evinə, məhləsinə qovuşub. Qoyub getdiyi abad xanimanının yerində xarabalıq görsə belə, Xeyransa nənə torpağına qovuşduğuna şükr edib. Sanki Həcc ziyarətinə, Məkkəyə gəldiyini bildirib.
Xeyransa nənənin Kəlbəcəri ziyarətilə bağlı ARB Tv-nin hazırladığı sujeti təqdim edirik:
Dalidag.az
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 11-07-2023 14:42
Baxış sayı: 3472Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























