Çovdar və Şahkərəm abidələri - ŞƏKİL/ VİDEO

06-07-2023 13:02

Azərbaycan tarixinin öyrənilməsi və təbliğatı baxımından muzeylərin rolu danılmazdır. Bu mənada Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi ötən əsrin 80-ci illərində yaranmış ən unikal muzeylərdəndir. 

Xalqımızın sosial-iqtisadi, siyasi, etnik tarixi və mədəniyyəti sahəsində çoxsaylı materiallarla zəngin olan Kəlbəcər muzeyi materialları tarixi abidələrimizin, o cümlədən qədim  qalaların, dini abidələrin, ziyartgahların öyrənilməsində çox böyük qiymətli mənbədir. Bu mənbələrdə Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış tayfaların məskunlaşdığı Çovdar və Şahkərəm kəndlərinə aid materiallar da vardır. Məlum olduğu kimi 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən buradakı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılmış, onun eksponatları və digər materialları qənimət kimi ələ keçirilmişdir.

Erməni vandalizminin qurbanları arasında muzey materiallarında əksini tapmış Çovdar və Şahkərəm kəndlərinin abidələrindən bəzilərini təqdim edirik:




Tarixi dini abidələr: 


Çovdar və Şahkərəm kəndləri ərazisində Məscid (XVIII-XIX əsrlər). Məscid Məşədi Süleyman tərəfindən tikdirilib.

Çovdar kəndi ərazisində Alban məbədi (VI-IX əsrlər);

Şahkərəm kəndində “Mustafanın binəsi”nə gedən yolun solunda, binəyə çatmamış Alban məbədi (VI-IX əsrlər);

Ziyarətgahlar: 


Çovdar kəndi ərazisində Alban qəbristanlığı (təxminən V-VIII əsrlər);

Çovdar kəndi ərazisində “Göy Güney”də Alban qəbristanlığı (təxminən V-VIII əsrlər);

Çovdar və Şahkərəm kənd qəbristanlığı;

Çovdar kəndi ərazisində uşaq qəbristanlığı;


Qədim tarixi tikililər: 

Çovdar və Şahkərəm kəndləri ərazisində su ilə işləyən qədim un dəyirmanı (XVIII-XIX əsrlər).





















Ramiz Nəcəfli
Bakı Dövlət Universiteti tarix fakültəsi,
Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının dissertantı

[email protected]

P.S.Məqalə Namiq Dəlidağlının təqdim etdiyi material əsasında hazırlanıb.


Kateqoriya: Kəlbəcər
Tarix: 06-07-2023 13:02
Baxış sayı: 2549
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını