Reklam
Adilə Nəzər Zülfüqar Hüseynzadəyə şeir həsr etdi: "Getmə, dedim, gözlə..."
21-06-2023 20:36

3 gündür Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin vəfatı ilə bağlı xəbərləri oxuyuruq. Jurnalist kimi tanısam da, çoxlu ortaq dostlarımız olsa da mənim feysbuk dostluğumda olmayıb Zülfüqar bəy. Haqqında yazılanları oxudum və təsirləndim. Xatirəsinə bu şeiri həsr edirəm. Ruhu şad, yeri işıqlı olsun.
SİMFONİK ŞEİR
(ixtisarla)
Getmə, dedim,
gözlə,
yağışlar yağsın…
Yusun Göyçə gölünü,
Kəlbəcər İstisuyunu,
Soyuqbulağı…
Bax, çoxalıb yağışlar, leysanlar, sellər…
Lənətlənmiş insanlar girib o sulara,
Gözlə,
yağışlar yuyacaq.
təmizlənəcək bizim ellər…
sonra səni tanıyacaq
göllər…
Bilirəm qulaqlarında hələ də
ulu dağların uğultusu,
yaşıl meşələrin vəhşət musiqisi var.
Qapqara bir dünənin ağrısı sıxır ruhunu…
Ya da üç min mərmi yeri ağrıdır bədənini…
Getdin
nə gördün oralarda?!
Qırıq aynalar gördünmü –
biri əlləri,
biri ayaqları,
biri başı,
o biri gövdəni göstərən?!...
hansında
çeynənmiş qanlı otlara ağlayan
bir cüt göz vardı?!
Ya uzaqlarda?…
uzaqlarda
köpək balıqlarının azı dişlərini gördünmü
xaçlı səfərlərini xatırladan?
Dörd tərəfdə ilbizləri görüb
dərdini sığdırammadımı yerin üstünə?
İndi sənin dünyanda bəlkə də axşamdır,
oranın axşamları da mavidir…
Mavi dağlar,
mavi çaylar,
mavi ağaclar…
mavi gecələr
bənzəyirmi dənizə?
Nə deyir Üzeyirin yarımçıq qalmış operasında “Firuzə”?...
Qaldır başını,
danış…
dan yerində unutdunmu gözlərini?
Burax,
istədiyi qədər fırlansın dünya,
ölməkdən asan nə var ki, onda…
bir də zəhər kimi kədərdən…
Adilə Nəzər
21.06.2023
Kateqoriya: Kəlbəcər
Tarix: 21-06-2023 20:36
Baxış sayı: 3602Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















