Reklam
“Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda tədbir keçirilib -ŞƏKİLLƏR
13-06-2023 10:19
"Heydər Əliyev İli" çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 109 saylı tam orta məktəbi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Qurtuluş gününün 30-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda tədbir keçirdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov, YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzadə və məktəbin müəllim-şagird kollektivi iştirak etdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbdə eyni zamanda təşkil olunan şagirdlərin əl işlərindən ibarət sərgiyə də baxış keçirildi. Sərgidə şagirdlərin müxtəlif sənət sahələri üzrə bacarıqları nümayiş etdirilirdi.
Məktəbin direktoru İradə Baxışova qonaqları salamlayaraq tədbir barədə ətraflı məlumat verərək qeyd etdi ki, Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev bütün mənalı həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr edən böyük şəxsiyyət olmuşdur.Ulu Öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti özündən sonra İlham Əliyev kimi layiqli varis qoymasıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri Namiq Rəcəbov Ümummilli liderin həyat yoluna qısaca nəzər salmış, ulu öndərin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşışında sonsuz xidmətlərindən danışmış, onun təhsilə verdiyi yüksək qiymətdən söz açmışdır. Bildirmişdir ki, sadə zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bir çox maneələrədən , çətinliklərdən keçən, SSR kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin qalibi kimi daxil olmuşdur.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixininən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi.Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Ulu öndər Heydər Əliyevdə gördü. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bilib. Bu səbəbdən də 15 iyun - Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür. Əminliklə demək olar ki, Azərbaycan xalqı böyük Zəfərə gedən yolda ilk addımlarını məhz 1993-cü ilin 15 iyununda atmışdı. Azərbaycan xalqının qurtuluşdan böyük Qələbəyə gedən yolu, həm də xalqımızın Zəfər tarixidir.
Məktəbin tarix müəllimi Şikar Baxışov çıxış edərək bildirdi ki, Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi dühası, idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi qarşıdurmalardan, çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Heydər Əliyev yeni Azərbaycanın qurucusu, xalqımızın Qurtuluş mübarizəsinin qalibidir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib.
Məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər və ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Partiyanın fəal üzvlərinə Fəxri fərmanlar və "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə təşəkkürnamə diplomları təqdim edildi.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 13-06-2023 10:19
Baxış sayı: 3321
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23
15-11-2024 10:41