Reklam

Kəlbəcər RİH-nin məsul əməkdaşları şəhid ailələrini ziyarət edib
06-06-2023 18:30

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığına uyğun olaraq Kəlbəcər RİH-in məsul əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış şəhidlərimizin ailələrini ziyarət ediblər.
Dalidag.az-ın xəbərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Kəlbəcər rayonu üzrə dini ayinlərin icraçısı Xaliq Ağayev, şəhidlərin sakini olduqları kəndin icra nümayəndələri hərbi şəhidlər Mikayılov Azər Əmrah oğlunun, Orucov Nemət Əkbər oğlunun, Şirinov Ömər Muğan oğlunun və Muxtarov Taleh Həşim oğlunun ailələrini ziyarət ediblər.
Şəhid ailələri ilə görüşdə qeyd edilib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid ailələri ilə görüşlər mütamadi olaraq davam etdiriləcəkdir.
Allah cəmi şəhidlərimizə rəhmət etsin!
Dalidag.az



















Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
