Reklam
Kəlbəcər RİH-inin məsul əməkdaşları şəhid ailələrini ziyarət edib - Şəkillər
24-05-2023 18:11

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığına uyğun olaraq Kəlbəcər RİH-in məsul əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış şəhidlərimizin və mülki şəhidlərimizin ailələrini ziyarət ediblər.
Dalidag.az-ın xəbərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Muxtarov, şəhidlərin sakini olduqları kəndin icra nümayəndələri, Kəlbəcər rayon 22 nömrəli tam orta məktəbin direktoru Seymur Ələkbərov hərbi şəhidlər Məmmədov Elşən Dağıstan oğlunun, Rzayev Ülfət Novruz oğlunun, mülki şəhidlər Zamanov Şakir Xasay oğlunun, Həsənov Zabil Məhəmməd oğlunun və Həsənova Turanə Kamandar qızının ailələrini ziyarət ediblər.
Şəhid ailələri ilə görüşdə qeyd edilib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid ailələri ilə görüşlər mütamadi olaraq davam etdiriləcəkdir.
Allah cəmi şəhidlərimizə rəhmət etsin!
Dalidag.az







Kateqoriya: Kəlbəcər
Tarix: 24-05-2023 18:11
Baxış sayı: 3267Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















